AZ

Azərbaycan Atletika Federasiyasında hakimlər üçün seminar keçirilib

Azərbaycan Atletika Federasiyasında keçirilən hakimlər üçün seminara yekun vurulub.

İdman.Biz xəbər verir ki, iştirakçılar test imtahanı verərək nəzəri biliklərini yoxlayıblar və seminarın sonunda sertifikatlarla təltif olunublar.

Seminarın məqsədi hakimlərin peşəkar bacarıqlarını artırmaq və beynəlxalq standartlara uyğun fəaliyyətini təmin etməkdən ibarət olub.

Qeyd edək ki, sınaqlar oktyabrın 27-dən 30-dək keçirilib.

İdman.Biz

Seçilən
26
3
idman.biz

4Mənbələr