BAKI, 30 oktyabr. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi məsələlər üzrə katibi Hofman Mossadın növbəti rəhbəri ola bilər.
Teleqraf xarici mətbuata istinadla xəbər verir ki, Roman Hofman xarici kəşfiyyat xidmətinin növbəti direktoru olmaq üçün əsas namizəd hesab edilir.
Mossad rəhbərinin standart səlahiyyət müddəti dörd ildir, lakin baş nazirin onu əlavə bir il uzatmaq hüququ var.
Qeyd olunur ki, kəşfiyyat qurumunun hazırkı rəhbəri Devid Barnea dörd illik xidmətdən sonra 2025-ci il iyunun 1-də vəzifəsini tərk etməli idi. O, hazırda uzadılmış müddətə xidmət edir.
Qeyd olunub ki, Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. Əvvəllər Hofman İsrail Müdafiə Qüvvələrində (IDF)yüksək rütbəli vəzifələrdə çalışıb.
 
                        