AZ

İslam Rzayev yüksək vəzifəli məmurun dayısı imiş

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.

Publika.az "Sfera"ya istinadla xəbər verir ki, sabiq icra başçısı İslam Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır.

E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır.

Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Seçilən
7
15
publika.az

10Mənbələr