AZ

Ərdoğan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkür edib.

Paralel.az xəbər verir ki bununla bağlı Ərdoğan rəsmi X hesabında paylaşım edib.

"Cümhuriyyətimizin 102-ci yaşını təbrik edən, ölkəmizə xoş arzularını bildirən bütün ölkələrə və beynəlxalq təşkilatlara millətim adına təşəkkür edirəm.
 

Kiprin türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporunun nümayəndələrinə, qardaşlarımıza, dostlarımıza və müttəfiqlərimizə salamlarımı və sevgimi çatdırıram", - Türkiyə lideri qeyd edib.


Paylaşımda yer alan fotoda təşəkkür ünvanlanan ölkələrlə yanaşı, Azərbaycan Respublikasının bayrağı da əks olunub.
 


 

Seçilən
10
2
paralel.az

10Mənbələr