AZ

20 Yanvar da taksi xaosu: Polis hərəkətə keçdi VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyasının ətrafında yaşanan xaos sakinləri narahat edir. Avtosfer.az xəbər verir ki, ərazidə fəaliyyət göstərən taksi sürücülərinin sərnişin götürmək üçün səbəb olduğu səs-küy, həmçinin burada sıxlıq yarandığına görə rahat hərəkətin çətinləşməsi vətəndaşların narazılığına səbəb olur. "Taksilərin əlindən bezmişik, evimizə gedə bilmirik", "Maşına məcbur oturdub aparırlar", - deyə sakinlər vəziyyətdən narazı olduqlarını bildirirlər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

***

Bakının Nəsimi rayonunda taksi sürücülərinin qaydaları pozması ilə əlaqədar tədbirlər görülür. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası ətrafında baş verən xaos və sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

"Dövlət Yol Polisi əməkdaşları və Post Patrul Xidmətinin naryad qrupları ərazidə fəaliyyət göstərən bəzi taksi sürücülərinin sərnişin götürmək məqsədilə dayanma-durma qaydalarını pozduqlarını və hərəkət intensivliyinə mane olan digər halları müəyyən edərək, bunun qarşısının alınması istiqamətində tədbirlər görür. Ərazidəki qayda pozuntularının aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət gücləndirilib", - deyə E.İbrahimov bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
3
avtosfer.az

4Mənbələr