Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
İdman.Biz bildirir ki, qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.
U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-dan, final bloku isə 19:30-dan etibarən başlayacaq.
Kişilər
-60 kq, 1/16 final
 Murad Muradlı – Maksim Taran (Almaniya)
 Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)
-66 kq, 1/16 final
 İslam Rəhimov – Roman Dekan (Slovakiya)
-81 kq, 1/16 final
 Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
-81 kq, 1/8 final
 Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə
-90 kq, 1/16 final
 Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
-90 kq, 1/8 final
 Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə
-100 kq, 1/8 final
 Əjdər Bağırov – Fares Mexux (Fransa) 
+100 kq, 1/8 final
 Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)
 
                        