AZ

Bavariya 19 yaşlı niderlandlı futbolçu ilə danışıqlara başladı

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya” “Feyenoord”un futbolçusu Civayro Ridi komandasında görmək istəyir.

Sportal.az xəbər verir ki, Münhen klubu Niderland U-21 yığmasının müdafiəçisini transfer etmək üçün danışıqlara başlayıb. Rid “Bavariya”nın cinah müdafiəçisi mövqeyi üçün əsas namizədlərindən biri sayılır.

Rid uğrunda mübarizədə “Bavariya”ya bir neçə Premyer Liqa klubu ciddi rəqabət yaradır. 19 yaşlı futbolçunun “Feyenoord”la müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2025/26 mövsümündə Civayro Rid Ərədivizidə keçirdiyi 9 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sportal.az

3Mənbələr