AZ

BOK Səudiyyə Ərəbistanında keçiriləcək ilk idman oyunlarını ləğv etdi

BAKI, 30 OKTYABR. TELEQRAF

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Səudiyyə Ərəbistanında keçiriləcək idman oyunlarını ləğv edib.

Teleqraf xəbər verir ki, BOK-un məlumatına görə, tərəflər öz idman ambisiyalarını müxtəlif yollarla həyata keçirmək niyyətindədirlər.

Qərar Səudiyyə Ərəbistanının Olimpiya və Paralimpiya Komitəsi ilə Esports World Cup Fondu arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib.

Səudiyyə Ərəbistanı 2027-ci ildə ilk Olimpiya e-İdman Oyunlarına ev sahibliyi etməli idi.

Müqavilənin ləğvi Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun Electronic Arts-ı 55 milyard dollara satın almasından qısa müddət sonra baş verib. BOK olimpiya kibersport oyunlarının təşkilinə yeni yanaşma hazırlamaq niyyətini vurğulayıb, lakin detallar hələ açıqlanmayıb.

Seçilən
30
1
teleqraf.com

2Mənbələr