AZ

Şəkərli diabet xəstələri dərmanlarını ala bilmədiklərini deyirlər – VİDEO

Şəki Mərkəzi Rayon Xəstəxanasının qeydiyyatında olan şəkərli diabet xəstələri dərmanlarını ala bilmədiklərini deyirlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Şəkinin dörd bir tərəfindən gələn şəkərli diabet xəstələri dərmanlarını almaq üçün günlərlə gözləsələr də, növbələri çatmır.

Sakinlərin iddiası budur ki, növbələrin uzanmasına səbəb qeydiyyat zamanı yaranan ləngimələrdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”ə bildirildi ki, polikilinika şöbəsində 5 min şəkərli diabet xəstəsi qeydiyyatdadır. Yeni qanunvericiliyə əsasən, onlar təzə yaradılan elektron modul sisteminə qeydiyyata salınmalıdırlar ki, bu da çox vaxt aparır. Bununla əlaqədar şöbədə iş saatı da 14-30-dan 17:00-dək uzadılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
1
nocomment.az

2Mənbələr