AZ

Belqorodda şok olay: əsgər evə girib kişini öldürdü, arvadını isə…

RF Regional İstintaq Komitəsinin məlumatına görə, qətl və zorlamada şübhəli bilinən sıravi əsgər Aleksey Kostrikin Belqorod vilayətində saxlanılıb.

Müstəntiqlərin sözlərinə görə, əsgər Novaya Tavoljanka kəndindəki şəxsi evə girərək, ev sahibini öldürüb və onun arvadına təcavüz edib. İstintaq Komitəsi iddia edir ki, Kostrikin “bir neçə saat ərzində” saxlanılıb. İdarə onun məhkəməyə qədər həbsdə saxlanılmasını istəyib.

Yerli “Pepel” nəşri hücum, qətl və zorlamada bir neçə hərbçinin iştirak etdiyini, lakin indiyə qədər yalnız birinin saxlanıldığını bildirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr