AZ

İspaniya nəhəngi daha bir türkiyəli futbolçu alır?

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyalı menecerlər “Real Madrid”də Dani Karvaxalın zədələnməsindən sonra onun yerinə türkiyəli futbolçu Zeki Çelikin transferini təklif ediblər.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı “Defensa Central” nəşri yayıb.

Məlumata görə, Madrid klubu hazırda mövsüm ərzində müdafiə xəttində yaranan itkiləri kompensasiya etmək üçün təcrübəli, həm də münasib qiymətə oyunçu axtarışındadır.

“Roma”nın 27 yaşlı futbolçusu Zeki Çelik bu baxımdan potensial namizədlərdən biri kimi dəyərləndirilir.

Qeyd edək ki, türkiyəli müdafiəçi 2022-ci ildən “Roma” klubunda çıxış edir və cari mövsüm A seriyasında 9 oyunda forma geyinib.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
fanat.az

3Mənbələr