GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukraynada qadınların səfərbərliyə cəlb edilməsi məsələsi hazırda parlamentin gündəliyində deyil, lakin vəziyyətin dəyişəcəyi təqdirdə bu istiqamətdə qərar tez bir zamanda verilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşrinə açıqlamasında hakim “Xalq qulluqçusu” partiyasından Ali Rada deputatı, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yuri Zdebski məlumat verib.
“Komitədəki ab-havanı başa düşdüyümə görə, bu məsələ gündəmdə deyil. Bu, hələ ki, aktual məsələ deyil, amma daima bizim radarımızdadır. Biz vəziyyəti izləyirik, aktual olanda tez qərarlar qəbul edəcəyik”, – Zdebski bildirib.
Deputat vurğulayıb ki, Ukraynada qadınların səfərbərliyinə dair müzakirələr zaman-zaman qızışsa da, konkret qərar yoxdur.
Xatırladaq ki, oktyabrın 30-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – 2026-cı il fevralın 3-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        