AZ

Azərbaycanli vəkil Moskvada saxlanıldı – SƏBƏB

İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Serdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılan “Alican Çakır” ləqəbli Əli Gülmalızadədir.

Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir.

Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.

Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb.

Seçilən
7
5
konkret.az

6Mənbələr