AZ

“Neftçi”nin oyunçusu: “Bizdə artıq bir ailə kollektiv formalaşıb”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kəpəz”lə görüşdə qələbə qazanmağa çalışacağıq”.

Bu sözləri “Neftçi”nin futbolçusu Murad Məmmədov sport1.az-a Misli Premyer Liqasının növbəti turunda “Kəpəz”lə oyundan danışarkın deyib.

“Əlbəttə, hər qələbə bizim üçün bir motivasiyadır. “Kəpəz”lə görüşdə qələbə qazanmağa çalışacağıq. Bizi qarşıda çətin oyun gözləyir. Komandama inanıram, çünki bizdə artıq bir ailə kollektiv formalaşıb”, - Məmmədov bildirib.

19 yaşlı futbolçu Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK üzərində 6:2-lik qələbəyə də toxunub:

“Bizim üçün motivasiya baxımından çox önəmli qələbə oldu. Düşünürəm ki, növbəti oyuna daha istəkli və daha əzmkar çıxacağıq. Ümumilikdə həm özüm, həm də komandam üçün çox yaxşı oyun keçdi”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr