ain.az bildirir, Metbuat saytına əsaslanaraq.
2026-cı ildən işsizlər icbari sığortadan yararlanmaq üçün ödəniş etməli olacaqlar. Bəs pensiya alanlar üçün bu sistem necə dəyişəcək? Onlar da ödəniş edəcəklər?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta çərçivəsində əhalimizin tibbi xidmətlə təmin olunması prosesində bir çox əhali qruplarının sığorta haqları dövlət tərəfindən ödənilir.
Deputat qeyd edib ki, bu məsələ 2025-ci il üçün tərtib olunmuş büdcə layihəsində də öz əksini tapmış və 2026-cı il dövlət büdcəsində həmin sığorta haqlarının dövlət hesabına ödənilməsi nəzərdə tutulmuşdur:

"Belə ki, 18 yaşa qədər olan uşaqlar, 23 yaşa qədər birinci ali təhsil alan tələbələr, sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslər, eləcə də bütün pensiyaçılar kateqoriyasından asılı olmayaraq dövlət büdcəsi hesabına icbari tibbi sığorta ilə əhatə olunurlar. Yəni, pensiyaçılar üçün icbari tibbi sığorta tətbiq olunmağa başladığı vaxtdan olduğu kimi, növbəti ildə də onların sağlamlığı, tibb müəssisələrinə müraciətləri və tibbi xidmətlərin göstərilməsi ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaq".
Sevinc İbrahimzadə / Metbuat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        