AZ

Goranboyda xadiməni it dişlədi

Goranboyda məktəbdə xadiməni it dişləyib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində kənd tam orta məktəbin həyətində qeydə alınıb. Belə ki məktəbin xadiməçisi olan A.Bayramovaya ev iti məktəbin  həyətində hücum edərək onu yerə yıxıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, ona quduzluq əleyhinə vaksin vurulub. Onun vəziyyətinin normal olduğu bildirilir. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
18
2
avtosfer.az

4Mənbələr