Luçano Spalletti İtaliya təmsilçisi "Yuventus"un baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
O, oktyabrın 27-də istefaya göndərilən İqor Tudoru əvəzləyib.
Qeyd edək ki, Spalletti son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib.
"Cebheinfo.az"
 
                        