Bakı. Trend:
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” İncəsənətFestivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində“Yarımçıq qalmış ömür” adlı sərgi açılıb. Sərgi Azərbaycan təsvirisənətinin ən orijinal simalarından biri – Tofiq Cavadovun(1925–1963) anadan olmasının 100 illiyinə həsr olunub.
Tofiq Cavadovun adı ölkənin incəsənət salnaməsinə azaddüşüncənin, yaradıcılıq axtarışlarının və daxili yaradıcılıqalovunun simvolu kimi həkk olunub. Onun yaradıcılığı mövcud sənətqaydalarına meydan oxuyub və rəssam öz dövrünün yeni estetikdəyərlərini və mənəvi axtarışlarını qabaqlayan sənətkarlarındanbiri kimi yadda qalıb. Yalnız 38 il ömür sürməsinə baxmayaraq,Cavadov Azərbaycan incəsənətində yenilənmə enerjisi və rəngfəlsəfəsi ilə dolu bütöv bir dövrü geridə qoyub.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinindirektoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, AzərbaycanRəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, “Bakıİncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru,incəsənətşünas Rafael Gülməmmədli çıxış ediblər.
Çıxış edənlər Tofiq Cavadovun milli rəssamlıq məktəbinininkişafındakı mühüm rolunu vurğulayaraq, onun irsinin bu gün dəmüasir rəssamlar üçün tükənməz ilham mənbəyi olduğunu qeyd ediblər.Muzeyin Cavadovun əsərlərinin bərpası və qorunması istiqamətindəgördüyü işlər xüsusi diqqət çəkib. Uzun illər müxtəlifkolleksiyalarda saxlanılan əsərlər ilk dəfə geniş ictimaiyyətətəqdim olunur.
Sərgidə 90-dan çox əsər – rəngkarlıq, qrafika və kitabillüstrasiyaları nümayiş olunur. Bu əsərlər Azərbaycan Milliİncəsənət Muzeyinin, Dövlət Rəsm Qalereyasının, Yeni Gallery-nin vəşəxsi kolleksiyaların tərkibindəndir. Onların bir qismi ilk dəfətamaşaçılara təqdim edilir.
“Yarımçıq qalmış ömür” sərgisi Tofiq Cavadovun müxtəlifyaradıcılıq dövrlərinə aid əsərləri ilk dəfə bir ekspozisiyadabirləşdirir. Bu, tamaşaçılara rəssamın bədii düşüncə tərzinintəkamülünü – erkən, emosional kompozisiyalardan tutmuş, fəlsəfidərinliyi ilə seçilən yetkin dövr əsərlərinədək – izləmək imkanıyaradır. Hər bir fırça zərbəsi onun həyat, zaman və insan haqqındadüşüncələrinin ifadəsinə çevrilir.
Tofiq Cavadov milli motivlərlə avanqard axtarışlarıbirləşdirməyə, ənənə ilə müasirlik arasında harmoniya yaratmağaçalışırdı. Onun daxili dram və simvolizmlə zəngin əsərləri təkcəsənətkarın daxili dünyasını deyil, bütöv bir nəslin mənəviaxtarışlarını da əks etdirir. Onilliklər keçməsinə baxmayaraq, onunsənəti bu gün də keçmişlə gələcək arasında dialoq, sənətkarınəbədiyyətlə yarımçıq qalmış söhbəti kimi dəyərləndirilir.
“Yarımçıq qalmış ömür” sərgisi noyabrın 30-dək Azərbaycan Milliİncəsənət Muzeyində davam edəcək.
Qeyd edək ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİDuy” İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 2-dək Bakıdakeçiriləcək. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyitərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləreallaşdırılır. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılığın, dialoqun vəkəşflərin canlı məkanına çevirəcək. Xüsusi diqqət okean vədənizlərin ekoloji vəziyyətinə yönəldiləcək və bu mövzu incəsənətindili ilə təqdim olunacaq. Festivalın əsas mövzusu – həyat,yenilənmə və dayanıqlı inkişafın rəmzi olan sudur. Su dayanıqlılıq,yenilənmə və kollektiv yaddaşın simvolu kimi seçilərək Azərbaycanilə beynəlxalq bədii ictimaiyyət arasında mənalı dialoqa zəminyaradacaq.