Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların Moskva iqtisadiyyatına ciddi təsir göstərəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə çıxışı zamanı deyib:
“Yeni sanksiyalar paketinin ümumi təsiri Rusiya üçün ildə azı 50 milyard dollara başa gələ bilər. Bu, onların hərbi sənayesinə, enerji ixracına və maliyyə sisteminə birbaşa zərbədir”.
Ukrayna liderinin sözlərinə görə, bu addım Kremlə qarşı təzyiqləri artırmaqla yanaşı, Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını da məhdudlaşdıracaq.
Musavat.com
 
                        