AZ

ABŞ hökuməti CİDDİ TƏHLÜKƏ ALTINDA

ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli nümayəndələri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülür.

Publika.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bu qərarın əsas səbəbləri konservativ siyasi fəal Çarli Kirkin qətlə yetirilməsi və Trampın siyasətinə qarşı ABŞ-da baş verən kütləvi etirazlardır. Rəsmilərə və onların ailələrinə qarşı təhdidlər daxil olduğu üçün, hərbi bazalarda ordu tərəfindən qorunma təmin edilir.

"The Atlantic" yazıb ki, artıq bir sıra yüksək vəzifəli şəxslər hərbi obyektlərdə yaşayır:

- Dövlət katibi Marko Rubio
- Pentaqon rəhbəri Pit Heqset
- Daxili təhlükəsizlik naziri Kristi Noem
- Federal hökumətin səmərəliliyini artırma agentliyinin (DOGE) mətbuat katibi Keti Miller və onun həyat yoldaşı

Seçilən
32
publika.az

1Mənbələr