Dörd mövsümdür yayımlanan "Kızılcık şerbeti" serialında 2 ayrılıq yaşanacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə "Doğa" obrazını canlandıran Sıla Türkoğlu ilə "Mustafa"ya həyat verən Emrah Altıntoprak vida edəcəklər. Onlar ölərək layihədən ayrılacaqlar.
Qeyd edək ki, serial "Show" kanalında yayımlanır.
 
                        