AZ

Rumıniyada NATO-nun hərbi iştirakı gücləndiriləcək

BAKI, 31 oktyabr. TELEQRAF

Rumıniyada NATO qüvvələrinin sayı ilin sonuna qədər artırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Oana Tsoy “Radio Liberty”yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ABŞ qoşunlarının sayındakı azalma alyansın digər üzv ölkələrinin hərbçiləri hesabına kompensasiya olunacaq.

Tsoy qeyd edib ki, Buxarest və Vaşinqton NATO çərçivəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və mümkün təhlükələrə qarşı müdafiə gücünün artırılması istiqamətində birgə addımlar atır.

Onun sözlərinə görə, alyans Rumıniyaya birbaşa risk yarandığı halda dərhal müdaxilə imkanlarını da gücləndirəcək.

Seçilən
72
teleqraf.com

1Mənbələr