AZ

“Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə”nin və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı”nın təsdiq edilməsi barədə

№ 323

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 30 ” “ oktyabr ” 2025-ci il

Seçilən
11
1
azerbaijan-news.az

2Mənbələr