Bakı. Trend:
Fil Foden ailəsi haqqında yayılan saxta xəbərlərlə bağlıhüquqşünaslara müraciət edəcək.
Trend xəbər verir ki,əvvəllər sosial şəbəkələrdə Fodenin 6 yaşlı oğlu Roninin guya vəfatetməsi və 4 yaşlı qızı Tru-nun onkoloji xəstəliyə tutulması barədəməlumatlar yayılmışdı. Həmçinin “Mançester Siti”ninyarımmüdafiəçisinin guya baş vermiş faciə ilə bağlı saxta sitatlarıvə neyroşəbəkələr tərəfindən yaradılmış ağlayan Foden və onunsevgilisi Rebeka Kukun şəkilləri paylaşılmışdı.
"Daily Mail"in məlumatına görə, hazırda Fodenlə əməkdaşlıq edənhüquqşünaslar komandası bu yalan məlumatların platformalardansilinməsi üzərində işləyir.
“Bu hekayələri yayan səhifə və hesabları bilirik. Bunlartamamilə uydurmadır və narahatlıq doğurur. İnsanların kiminsə,xüsusilə uşaqlar haqqında belə şeylər uydura bilməsini anlayabilmirəm. Bu, iyrəncdir.
Şükürlər olsun ki, bizdə hər şey qaydasındadır və qayğınıza görətəşəkkür edirik. Biz bu vəziyyəti dayandırmaq üçün əlimizdən gələniedirik. Zəhmət olmasa, belə saxta məlumatlar və paylaşımlargördükdə, onlar haqqında şikayət edin,” – deyə Fodenin sevgilisisosial şəbəkədə yazıb.
 
                        