BAKI, 31 oktyabr. TELEQRAF
BMT ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa edə biləcəyi ilə bağlı açıqlamasını şərh edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Farxan Hak brifinqdə məlumat verib.
O bildirib ki, nüvə riskləri artıq kritik səviyyədədir və hər hansı hərəkət katastrofik nəticələrə səbəb ola bilər. Hak vurğulayıb ki, BMT baş katibi üçün nüvə sınaqları heç bir halda qəbul edilməzdir.
Hak həmçinin xatırladıb ki, son 80 ildə 2 mindən çox nüvə sınağı aparılıb və bunlar dağıdıcı miras buraxıb.
 
                        