AZ

Sumı küləvi dron hücumuna məruz qaldı

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 31-nə keçən gecə Rusiya ordusu yenidən Ukraynaya pilotsuz uçuş aparatları ilə hücum edib.Lent.az  xəbər verir ki, bu barədə Sumı vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış baş verib.“Bütün zərbələr mülki infrastruktur obyektlərinə yönəlib,” – deyə Qriqorov bildirib.

Rusiya dronlarından biri çoxmərtəbəli yaşayış binasına düşüb, nəticədə yanğın baş verib və iki nəfər yaralanıb. Onlara hadisə yerində tibbi yardım göstərilib.

Şəhər rəhbərliyinin məlumatına görə, cəmi bir saat ərzində Sumıya 10 pilotsuz aparatla hücum edilib. Yaralıların sayı dəqiqləşdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
lent.az

1Mənbələr