“Bu qış dolların məzənnəsi 80–88 rubl aralığında olacaq”.
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya “Garda Kapital”ın investisiya strateqi Aleksandr Baxtin deyib.
Onun sözlərinə görə, rublun hazırkı səviyyədən 10% bahalaşması nəzəri cəhətdən mümkündür, lakin bu daha çox hipotetik ssenaridir. Belə bir hal, məsələn, Mərkəzi Bankın əsas faiz dərəcəsini artırmağa məcbur qalması ilə baş verə bilər.
Rublun bahalaşmasının digər mümkün səbəbi isə ticarət balansında kəskin dəyişiklik ola bilər - ya ixrac gəlirləri sürətlə artar, ya da ölkəyə idxal axını azalır, məsələn, Rusiyanın ticarət tərəfdaşlarına qarşı tətbiq edilən ikinci dərəcəli sanksiyalar səbəbilə.
Baxtin qeyd edib ki, hər iki hadisə ehtimal baxımından zəif qiymətləndirilir və əsas gözlənti dolların qışda 80–88 rubl arasında qalmasıdır.