AZ

Kaliforniya muzeyindən mindən çox tarixi əsər oğurlandı

Ajans.az  "NBC News"a istinadən xəbər verir ki, bu barədə Oklend Polis Departamenti məlumat yayıb. Oğurluq oktyabrın 15-də Kaliforniyanın Oklend şəhərindəki Oklend Muzeyində baş verib. Şübhəlilər muzeyin ərazisinə daxil olaraq muzeyin kolleksiyasından yerli sakinlərə məxsus toxunmuş səbətlər, zərgərlik məmulatları da daxil olmaqla 1000-dən çox əşyanı oğurlayıblar. "Bu oğurluq ictimaiyyəti dövlətimizin mədəni irsindən məhrum edən həyasız bir hərəkətdir. Bu əşyaların əksəriyyəti səxavətli donorlar tərəfindən muzeyə bağışlanmışdı" - deyə, muzeyin icraçı direktoru qeyd edib.

Oğurlanmış artefaktların dəyərini açıqlanmayıb. Oğruların tapılması üçün polis və FTB əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Seçilən
12
1
Ajans.az

2Mənbələr