
Pekin Vaşinqtonla ticarət danışıqlarından sonra Çin mallarına tətbiq edilən 10 faiz “fentanil tarifini” ləğv etmək qərarına gəlib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi xüsusi açıqlama yayıb.
Mallara tətbiq edilən 24 faiz qarşılıqlı tarif isə daha bir il müddətinə dayandırılıb.
Bundan əlavə, Çinin ABŞ ilə ticarət məhdudiyyətlərində əsas məqamlar üzə çıxıb. Bu barədə Kuala-Lumpurda iki gün ərzində ticarət danışıqları keçirilib. Çin nümayəndə heyətinə baş nazirin müavini He Lifeng, amerikalı nümayəndə heyətinə isə ABŞ-nın maliyyə naziri Skott Bessent rəhbərlik edib.
E. KAMAL
 
                        