"Toyota Motor" proqram təminatında baş verən problemlərə görə 1.28 milyondan çox avtomobili geri çağırır.
Bu barədə Yaponiya Nəqliyyat Nazirliyinin saytında məlumat verilib.
"Panoram görüntüsünün idarəetmə proqramının kifayət qədər yaxşı hazırlanmaması səbəbindən mühərriki işə saldıqdan dərhal sonra geri hərəkət etmək kimi əməliyyatları yerinə yetirərkən, avtomobilin ətrafındakı məkanın təsviri təhrif oluna bilər ki, bu da öz növbəsində təhlükəsizlik tələblərinə riayət olunmamasına səbəb ola bilər", - deyə məlumatda qeyd olunub.
"Toyota Voxy", "Toyota RAV4" və "Toyota Prius", həmçinin "Lexus RX350", "Lexus RX450", "Lexus LS500" və digər avtomobillər geri çağırılacaq.
Oxu.az
Tarix: 31 Oktyabr 2025, 08:33    
                        
                     
                        