Yamaykada "Melissa" qasırğası 19 nəfərin ölümünə səbəb olub.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ölkə səlahiyyətliləri açıqlama yayıb: "Adanın Qərb istiqamətində ölənlərin sayı 19-dur”.
Haiti səlahiyyətliləri isə ən azı 30 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, Yamaykanı ağuşuna alan “Melissa” qasırğası son 90 ildə quruya çatan ən güclü qasırğadır. “Saffir-Simpson” şkalası üzrə ən yüksək, küləklərin sürəti təxminən 300 km/saat olan kateqoriya daxil olan öldürücü təbiət hadisəsidir.
Aydın Baxış
 
                        