AZ

Senator Rid: ABŞ-ın nüvə sınaqlarını bərpa etməsi böyük səhvdir

Senator Rid: ABŞ-ın nüvə sınaqlarını bərpa etməsi böyük səhvdir

ABŞ Prezidenti Donald Tramp administrasiyasının nüvə silahı sınaqlarını bərpa etməsi strateji baxımdan məsuliyyətsiz addımdır.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində Demokratlar Partiyasının aparıcı üzvü, Rod-Aylend ştatından olan senator Cek Rid bildirib.

Ridin sözlərinə görə, ABŞ, Rusiya və Çin tərəfindən 1990-cı illərdən bəri qorunan nüvə sınaqları moratoriumunun pozulması, Moskva və Pekini öz sınaq proqramlarını yenidən başlatmağa sövq edə bilər. O hesab edir ki, amerikalıların sınaqlara qayıtması Pakistan, Hindistan və Şimali Koreyaya da öz nüvə proqramlarını genişləndirmək üçün bəhanə verər və bu, qlobal nüvə silahlarının yayılmaması sistemini daha da zəiflədəcək.

“Belə sınaqlardan ABŞ çox az şey qazanacaq, lakin nüvə silahlarının yayılmasının qarşısını almaq istiqamətində onilliklər ərzində əldə etdiyi nailiyyətləri itirəcək,” – deyə senator vurğulayıb. Onun sözlərinə görə, Tramp nüvə siyasəti sahəsində növbəti dəfə səhv addım atır.

Rid əlavə edib ki, Trampın Pentaqona nüvə sınaqlarını bərpa etmək tapşırığı verməsi bu sahədə əsaslı anlaşılmazlığın göstəricisidir, çünki ABŞ-da nüvə infrastrukturu və sınaq fəaliyyətinə nəzarət Pentaqonun deyil, Energetika Nazirliyinin səlahiyyətinə daxildir.

Xatırladaq ki, Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək göstərişi verdiyini açıqlayıb.

Seçilən
27
afn.az

1Mənbələr