Ukraynanın Silahlı Qüvvələri üçün silahların hazırlanması ilə məşğul olan radiotexnika üzrə alim, kapitan Volodimir Rakşa Kiyevdə naməlum şəraitdə vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik qurumlarına istinadla məlumat yayıb.
Agentliyin mənbəsinin bildirdiyinə görə, Taras Şevçenko adına Kiyev Milli Universitetinin radiotexnika, elektronika və kompüter sistemləri fakültəsinin məzunu olan Rakşa müəyyən sınaqlar zamanı dünyasını dəyişib. Qeyd olunub ki, o, Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikasının sınaq və sertifikatlaşdırılması üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun aparıcı mütəxəssisi idi.
Ukrayna tərəfinin məlumatına əsasən, ölümün səbəbi infarkt olub, lakin hadisənin detalları açıqlanmır.
 
                        