AZ

Almaniyaya federal qəbul proqramı çərçivəsində 14 əfqan gətirilib

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Əfqanıstan üçün federal qəbul proqramı çərçivəsində ölkəyə giriş icazəsi olan 14 əfqan gətirilib.

Hafta.az “Stern” jurnalına istinadla xəbər verir ki, onlar ölkəyə qəbul edilmələrinə dair barələrində məhkəmə qərarı olan şəxslərdir. Pakistanda qalan əfqan qaçqınları Almaniyaya gətirmək üçün bundan əvvəl iki uçuş həyata keçirilib. Xüsusilə təhlükə altında olan əfqanlar bu yolla Almaniyaya gətirilərək müxtəlif federal əyalətlərə yerləşdirilib.

Əfqanıstanda alman missiyasında çalışan və əməkdaşlıq edən şəxslər və onların ailə üzvləri, eləc ədə Taliban tərəfindən təqib olunan vəkillər və ya jurnalistlər, insan hüquqları müdafiəçilərinin ölkəyə qəbul olunmasını nəzərdə tutan proqram may ayında Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra dayandırılmışdı. Buna baxmayaraq, bəzi şəxslər və onların ailə üzvləri Almaniya məhkəmələrində qaldırdıqları iddiaların müsbət nəticələnməsi sayəsində ölkəyə gələ biliblər. Almaniya hökumətinin məlumatına görə, hazırda Pakistanda təxminən 1910 nəfər Əfqanıstan üzrə qəbul proqramına daxil olan şəxs yaşayır.

Seçilən
15
3
hafta.az

4Mənbələr