Bu gün İçərişəhrdə Zeytun Festivalı açılacaq.
1 noyabr saat 12:00-da İçərişəhərdə ölkə tarixində ilk dəfə təşkil olunan Zeytun Festivalının təntənəli açılış mərasimi olacaq.
Bu barədə Modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Festival 2 noyabr saat 20:00-a kimi davam edəcək.
Yerli və beynəlxalq istehsalçıların iştirakı ilə zeytun və zeytun yağı sərgi-yarmarkası, İçərişəhərdə fəaliyyət göstərən restoranların xüsusi zeytun menyuları, sənət guşələri - hamısı festival günlərində qonaqları gözləyir!
 
                        