Türkiyədə 4,2 maqnitudada zəlzələ baş verib.
Paralel.az xəbər verir ki , bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.
 
Zəlzələnin ocağı 12,9 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.
 
                        