AZ

Lamin Yamal əməliyyat oluna bilər

BAKI, 31 oktyabr. TELEQRAF

“Barselona”nın futbolçusu Lamin Yamal əməliyyat oluna bilər.

Teleqraf “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 18 yaşlı vingerin qasıq nahiyəsindəki zədənin hələ də aradan qalxmamasıdır.

Yamal və “Barselona”nın tibbi heyəti problemi tam aradan qaldırılmasa da, hələ cərrahi müdaxilə istəmir. Lakin narahatlıq yaxın həftələrdə də davam etsə, əməliyyat variantı nəzərdən keçiriləcək.

Lamin Yamal narahatlığa baxmayaraq çıxış etməyə davam edəcək.

Seçilən
20
teleqraf.com

1Mənbələr