AZ

Azərbaycanda bu təşkilat fəaliyyətini dayandırdı

“Sənətşünaslığın Təbliği” İctimai Birliyi fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, buna səbəb təşkilatın təsisçisi Ziyadxan Əliyevin vəfat etməsidir.

Təşkilatın elanında bildirilib ki, “Sənətşünaslığın Təbliği” İctimai Birliyi 2025-ci ildən fəaliyyət göstərməyəcək.

Əməkdar mədəniyyət işçisi, sənətşünas Z.Əliyev bu ilin martın 16-da vəfat edib.

Xatırladaq ki, “Sənətşünaslığın Təbliği” İctimai Birliyi 2017-ci ildə yaradılmışdı.

Seçilən
27
1
konkret.az

2Mənbələr