NBA həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, Qərb Konfransının liderləri Oklahoma City Thuner və San Antonio Spurs növbəti qələbələrini qazanıb.
Onlar müvafiq olaraq Washington Wizards (127:108) və Miami Heat (107:101) üzərində qalibiyyət əldə ediblər.
MVP Shai Gilgeous-Alexander 31 xal, 3 ribaund və assistlə oynayıb. Spurs'un gənc ulduzu Vembanyama isə 27 xal, 18 ribaund, 6 assist və 5 blokla yenə mükəmmələ yaxın bir gecə keçirib.
Golden State Warriors isə Giannis Antetokunmposuz Milawkuee Bucks ilə bacarmayıb - 110:120.
Gecənin sonuncu oyunda Orland Magic Charlotte Hornets'i məğlubiyyətə uğradıb - 123:107
Franz Wagner 21, Banchero 20 xalla çıxış edib. Lamelo Ball isə 17 xal və 13 assistlə oyunu başa vurub.