AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 07:18-də (Bakı vaxtı ilə 08:18), yerin 10 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 bal gücündə zəlzələ qeydə alınmışdı.

Axar.az

Seçilən
5
2
hurriyyet.az

3Mənbələr