AZ

Son bir ayda Azərbaycanda 31 yeni bankomat quraşdırılıb

2025-ci ilin oktyabrın 1-nə  Azərbaycanda fəaliyyət göstərən bankomatların (ATM) sayı 3 min 410 ədəd təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankomatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 270 vahid, yəni 8,6%, ötən ilin sonuna nəzərən 180 vahid, yəni 5,6%, son bir ayda isə 31 vahid, yəni 0,9% artıb.

Xatırladaq ki, ATM-lərin sayı bu ilin sentyabrın 1-nə 3 min 379, ötən ilin sonunda 3 min 230, 2024-cü ilin oktyabrın 1-nə isə 3 min 140 ədəd təşkil edib.

Seçilən
28
fed.az

1Mənbələr