AZ

Şirvanda ağır qəza

Şirvanda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhər Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı KİA və VAZ markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Miri Abbasov ölüb, iki nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
5
6
cebheinfo.az

7Mənbələr