AZ

Türkiyə Britaniyadan alınan “Eurofighter” qırıcılarının dəyərini açıqladı

Türkiyə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri Komandanlığının operativ ehtiyaclarını qarşılamaq məqsədilə “Eurofighter Typhoon” qırıcılarının alınması prosesi çərçivəsində işlərin davam etdiyini bəyan edib.

Xəbər verilir ki bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zəki Aktürk məlumat verib.

“2025-ci il oktyabrın 27-də Böyük Britaniya hökuməti ilə Hərbi Hava Qüvvələrinin operativ ehtiyaclarını qarşılamaq məqsədilə yeni seriyalı “Eurofighter Typhoon” təyyarələrinin, avadanlıqların və müxtəlif sursatların tədarükünə dair müqavilə imzalanıb.

Layihənin dəyəri - 20 yeni seriyalı “Eurofighter Typhoon” təyyarəsinin, onların döyüş avadanlıqlarının və müxtəlif tipdə sursatların alınmasını da nəzərə alaraq təxminən 5,4 milyard funt sterlinq təşkil edir”, — deyə kontr-admiral bildirib.


Seçilən
10
3
azia.az

4Mənbələr