AZ

UNEC VƏ RABİTƏBANK ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Rabitəbank” ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov tərəfindən imzalanan memorandum universitet-sənaye əlaqələrinin gücləndirilməsi, təhsil və bank sektorları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən, tərəflər bank sahəsində müasir texnologiyalar və rəqəmsal bankçılıq istiqamətində təcrübə mübadiləsi aparacaq, UNEC-in Ömürboyu Təhsil Mərkəzi ilə birgə kommersiya yönümlü təlimlər həyata keçirəcəklər.

Bundan başqa, memorandumda tələbələr üçün Rabitəbankda müxtəlif növ təcrübə proqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgə layihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bank mütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlb edilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyera günləri”nin təşkili də nəzərdə tutulub.

Bu memorandum, gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına dəstək göstərməklə, təhsil və biznes arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Seçilən
5
10
fins.az

10Mənbələr