Birləşmiş Ştatlar 2025-ci ilin sonuna qədər Macarıstan, Bolqarıstan və Slovakiyadan qoşunlarının bir hissəsini çıxarmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” nəşri Aİ və ABŞ-dakı anonim mənbələrə istinadən yazıb.
"Bağlı qapılar arxasında ABŞ administrasiyasının rəsmiləri müttəfiqlərinə açıq şəkildə bildirdilər ki, Rumıniyada azalma yalnız başlanğıcdır, dekabrın ortalarından gec olmayaraq Bolqarıstan, Macarıstan və Slovakiyada əlavə ixtisarların olacağı gözlənilir", - hesabatda qeyd edilir.
Məqalə müəllifinin sözlərinə görə, ABŞ-ın yaxın günlərdə rəsmi qərarını açıqlaması gözlənilir. Çıxarılan kontingentin maksimum ölçüsü bir batalyondan çox olmayacaq.