“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dollar azalıb.
Tribunainfo.az xəbər verir ki, Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları, yaxud 0,43 % azalaraq 65,95 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 
                        