AZ

Dəvə karvanına görə sertifikat təqdim olunub

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Qazaxıstan vətəndaşı Sıdıq Davletov 252 təkhörgüclü dəvədən ibarət dünyada ən böyük karvan toplaya bilib. O, belə bir qeyri-adi rekorda imza atmaqla, Ginnesin Rekordlar Kitabına düşüb. Reyting.az xəbər verir ki, rekord Almatı vilayətinin İli rayonunun Akşi kəndində qeydə alınıb. Bu informasiya rəsmi şəkildə öz təsdiqini tapdıqdan sonra Davletova qazandığı yeni dünya rekordunun orijinal sertifikatı təqdim olunub. Xatırladaq ki, 2025-ci ilin avqust ayında Ginnesin Rekordlar Kitabı 70 illik yubileyini çox böyük və təntənəli şəkildə qeyd edib. Artıq uzun illərdir, beynəlxalq rekordları təyin edib qeydiyyatını aparan dünya şöhrətli Ginnesin Rekordlar Kitabı ilk dəfə, 1955-ci il avqustun 27-də Böyük Britaniyada nəşr olunub. Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
reyting.az

2Mənbələr