Britaniya Kralından ŞOK ADDIM - qardaşının fəxri adlarını və titulunu ləğv etdi!
Britaniya Kral ailəsində yenə qalmaqal yaranlb. Belə ki, Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun "Şahzadə" titulunu və fəxri adlarını rəsmi qaydada ləğv etmək prosesinə başlayıb. Bu barədə Bukinqem Sarayı məlumat yayıb. Həmçinin Endryuya Vindzordakı "Royal Lodge" malikanəsini tərk etməsi üçün rəsmi bildiriş göndərilib. Qeyd olunub ki, fəxri adların ləğvi üçün rəsmi proses başladılıb. O, bundan sonra Endryu Mauntbatten Vindzor adı ilə tanınacaq. Məlumata görə, Endryu bundan sonra Kral ailəsinə məxsus Sandrinham ərazisindəki bir mülkiyyətə köçəcək və yaşayış xərcləri Kral tərəfindən şəxsi vəsaitlə qarşılanacaq. Mətləb