AZ

Trampın Ukrayna ilə bağlı mövqeyi Avropada narahatlıq doğurur

ABŞ prezidentinin son açıqlamaları Kiyevə dəstəyin zəiflədiyini və Moskva ilə ritorikanın yumşaldığını göstərir...

Poliqon xəbər verir ki, Fox News telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın Ukrayna siyasətindəki dəyişikliklər Vaşinqtonun Avropadakı müttəfiqləri arasında narahatlıq yaradıb. Kanal qeyd edir ki, Tramp əvvəllər Ukraynaya “qəti dəstək” verdiyini və Rusiyanın işğalına “son qoyacağına” söz verdiyini bildirsə də, son həftələrdə onun mövqeyi xeyli dəyişib.

Telekanalın xəbərində vurğulanır ki, bu dəyişiklik Tramp administrasiyasının “hərbi yardımın gecikdirilməsi”, “bölmələrin bölgədən çıxarılması” və “Rusiya ilə bağlı ritorikanın yumşaldılması” kimi addımlarında özünü göstərib. “Bu dönüş Avropa müttəfiqləri arasında onun son məqsədinin nə olduğuna dair qeyri-müəyyənlik yaradıb”, – deyə Fox News qeyd edir.

Kanalın analitiklərinə görə, Trampın siyasətindəki bu “povorot” iki həftə əvvəl başlayıb – məhz o zaman ABŞ prezidenti Vaşinqtona səfər edən Ukrayna lideri Vladimir Zelenskiyə Tomahawk raketlərinin tədarükünü rədd etmişdi.

Mənbələr qeyd edir ki, bu qərar Avropada Tramp administrasiyasının Ukraynaya hərbi və siyasi dəstəyinin gələcək istiqaməti ilə bağlı ciddi suallar doğurub.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr