AZ

Kiçik piyadalar üçün böyük təlim - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Uşaqlar üçün yol hərəkəti təhlükəsizliyi” layihəsi çərçivəsində Beynalxalq Maarif Məktəblərinin Nəsimi Filialında maarifləndirici təlim keçirilib.

Bu barədə Ucnoqta.az-a İctima Birliyin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki' tədbiri məktəbin direktor müavini Rəvanə Əsgərova açaraq uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Daha sonra İctimai Birliyin nümayəndəsi Şükür Əndəlifov layihə haqqında geniş məlumat verərək, onun uşaqlar arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.
Azərbaycan Texniki Universitetinin müəllimi, təlimçi Sahib Əsgərov interaktiv təqdimatla çıxış edərək uşaqlara yol nişanları, piyada keçidləri, işıqfor qaydaları və təhlükəsiz hərəkət prinsipləri barədə praktik bilgilər çatdırıb. O, yol hərəkəti mədəniyyətinin formalaşdırılmasının həm uşaqların, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacib olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçılara “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda hazırlanmış boyama kitabçaları və rəngli karandaş dəstləri hədiyyə edilib.
Layihənin əsas məqsədi uşaqlar arasında yol hərəkəti qaydalarına dair bilik və bacarıqları artırmaq, təhlükəsiz davranış vərdişlərini möhkəmləndirmək və ictimai maarifləndirməni gücləndirməkdir.

Seçilən
7
4
ucnoqta.az

6Mənbələr